16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk “5-lik”dədir

Azərbaycan “Lonely Planet” yol bələdçisinin versiyasına görə, 2020-ci ildə ziyarət edilməli olan ən yaxşı turistik istiqamətlər arasında ilk “5-liy”ə daxil olub.

Report agentliyi bələdçiyə istinadən xəbər verir ki, siyahıda 10 ölkə yer alıb.

Turistik istiqamətləri qiymətləndirərkən “Lonely Planet” əsas meyar kimi xərclənən vəsaitin alınan təəssüratlarla uyğunluğunu götürüb.

“Azərbaycan heç də tipik olmayan Avropa istirahətidir. Yüksək keyfiyyətli yaşayış yerləri, qida və təəsüratlarla maraqlı və sürətlə dəyişən ölkəni çox aşağı qiymətə araşdıra bilərsiniz”, – “Lonely Planet”in rəsmi saytında dərc olunan məqalədə deyilir.

Siyahıda ilk yeri İndoneziyanın vilayəti – Şərqi Nusa Tenqqara tutub. Onun ardınca Budapeşt (Macarıstan), Madhya Pradeş (Hindistan), Buffalo (ABŞ) və Azərbaycan gəlir.

Siyahıya həmçinin Serbiya, Tunis, Keyptaun (Cənubi Afrika), Afina (Yunanıstan) və Zənzibar (Tanzaniya) da düşüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər