22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan əsilli deputatlar Gürcüstan parlamentində “candy crash” oynayırmışlar – VİDEO

Gürcüstanda nazir postlarına bəzi namizədlər ötən gün parlamentdə deputatlar qarşısında çıxış edərək proqramlarını təqdim ediblər.

Banker.az-ın Gürcüstanın yerli “24news” saytına istinadən verdiyi xəbərə görə, hakim “Gürcü Arzusu” partiyasının deputatları Rati İonatamişvili və Savalan Mirzəyev üçün çıxışların bir o qədər də əhəmiyyətli olmadığı diqqətdən yayınmayıb.

Belə ki, dinləmələr zamanı Rati İonatamişvilinin qarşısındakı mobil telefonunda nəyisə maraqla izlədiyi, Savalan Mirzəyevin isə qulaqcıq taxaraq mobil telefonu ilə oynadığı diqqət çəkib.

Qeyd olunan olay daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelaurinin parlamentdə çıxışı zamanı baş verib. Bununla yanaşı “Gürcü Arzusu”nun digər deputatı, partiyanın parlamentdəki fraksiya sədri Mamuka Mdinaradzenində Savalan Mirzəyev kimi qulaqçıq taxıb mobil telefonla bərk məşğul olması da kameraların obyektivindən yayınmayıb.

Qeyd edək ki, bundan əvvəl – 19 aprel tarixində ölkə parlamentində Ali Məhkəmə ilə bağlı müzakirə olunan iclas zamanı Marneuli və Qardabani rayonlarının majoritar deputatları öz mobil telefonlarında Ruslan Hacıyev “Cooper Cat” Savalan Mirzəyev isə “Candy Crush” oyununu oynadıqları qeydə alınmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər