Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2020-ci ilin əvvəllərində 7,17 milyard dollar pul itirib.
“Forbes” jurnalına istinadən xəbər verilir ki, hazırda 15,1 milyard dollar sərvətə malik olan Ələkbərov dünyanın 110-cu ən zəngin iş adamıdır.
Onun 2020-ci ilin yanvarında 22,4 milyard dollar sərvəti var idi.