22 C
Baku
Thursday, May 9, 2024

Azərbaycan əvvəllər xam mal kimi ixrac etdiyi məhsulu indi özü emal edib satır, daha çox qazanır

Azərbaycan 2021-ci ildə alüminium məhsullarının ixracını böyük fərqlə artırdı.

Banker.az xəbər verir ki, xaricə ötən il ərzində xaricə 67.35 min ton həcmində alüminium məhsulu ixrac etdi. Bu da 188.53 milyon dollarlıq idxal dəyəri deməkdir.

Bu da bir illik müqayisədə 13% miqdar, 66% isə dəyər baxımından artım deməkdir.

2021-ci ildə dəyərdə kəskin artıma dəstək isə təbi ki, emalın güclənməsi və əlvan metalın qlobal miqyasda bahalaşması ilə əlaqəlidir.

Məsələn, 2021-ci ildə ən çox alüminium məhsullarından, qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar ixrac edildi. Ötən il ərzində 17.28 min ton, yaxud 59.05 mln. dollarlıq bu növ məhsul ixrac edildi. İllik müqayisədə ixrac həcmi miqdarda 46%, dəyərdə isə 2.1 dəfə artdı. Dəyərin artmasına səbəb bahalaşadır: 2020-ci ildə bu məhsulu xaricə hər kiloqramı  2.4 dollara satılırdısa, 2021-ci ildə bu rəqəm 3.4 dollar təşkil etdi.

Qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaq aşqarlanmamış alüminiumdan xaricə 18.38 min ton satılmış, bundan da 52.01 milyon dollar valyuta daxil olub. İxrac həcmi miqdarla 82%, ixrac həcmi ilə isə        2.5 dəfə artdı. Burada da artıma miqdarla bərabər bahalaşma dəstək olub: 2020-ci ildə 2 dollara hər kiloqrama satılan bu məhsul, 2021-ci ildə 2.4 dollara satılıb.

XAM MALIN İXRACI AZALDI

Baxmayaraq ki, öncəki ildən (2.02 dollar/kq) qiymətdən 2021-ci ildə (2.43 dollar/kq) daha baha satıldı, ixrac azaldıldı. Emal olunmamış alüminium ixracının həcmi isə illik müqayisədə miqdarla ifadədə 74% azlmaqla 16.06 min tona, dəyəri isə 62% azalmaqla 39.13 milyon dollara düşdü.

Digər xam mal kimi – emal olunmamış aşqarlanmamış alüminium ixracı isə miqdarla ifadədə 49% azalmaqla 14.31 min tona, dəyərlə ifadədə isə 25% azalmaqla 36.38 milyon dollara düşdü.

Son xəbərlər
 ⁠
Digər xəbərlər