1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan ​Mərkəzi Bankı yeni sığortaçı axtarır

Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir. Mərkəzi Bankın verdiyi xəbərə görə, şirkət noyabrın 27-dən başlayaraq bir il müddətinə xidmət göstərməlidir.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını sentyabrın 14-ü saat 18.00-dək, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 1-i saat 18.00-dək AMB-nin Bakı şəhəri, R.Behbudov küçəsi,32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. İştirak haqqı 150 manatdır.

Tender proseduru sentyabrın 15-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər