7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan 2023-cü ilin I rübündə təkcə neft ixracından $4.3 mlrd. valyuta əldə edib

Azərbaycan cari ilin ilk rübündə xam neft ixracınını bir qədər də yüksəldərək 6.81 milyon tona, yaxud 49.91 milyon barrel həcminə çatdırıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları ərzindəki ixracın dəyəri 4.27 milyard ABŞ dolları təşkil edib.

İxracın həcmi miqdar və həcm baxımdan 16% artmış olub. Demək olar ki, qiymətlər bir barrel üçün öncəki ilin analoji dövrü ilə eyni olub.

1 tonun qiyməti 2022-ci ilin ilk rübündə 625 dollar olduğu halda, cari ildə 627 dollar təşkil edib. Yəni bir barrel ortalama 85 dollara ticarət edilib.

Xam neftin 33%-i İtaliyaya icrac edilib.

TAM SİYAHI:

Ölkələr Miqdar(ton) Statistik dəyər
Cəmi 6 809 685.99 4 272 127.65
İtaliya 2 249 020.21 1 438 281.73
İsrail 710 896.11 445 682.27
İspaniya 605 215.50 391 111.57
Hindistan 522 083.55 314 834.62
Çexiya 427 362.71 270 474.91
Almaniya 391 093.25 248 823.84
Türkiyə 379 318.16 227 565.71
Yunanıstan 299 869.30 190 160.53
Avstriya 266 568.71 152 155.74
Rumıniya 176 403.69 112 481.23
İrlandiya 175 028.65 93 438.20
Sinqapur 138 338.45 87 786.40
Vyetnam 138 516.86 85 115.06
İndoneziya 128 188.47 85 009.70
Fransa 108 829.65 66 307.70
Portuqaliya 92 952.72 62 898.43

 

Son xəbərlər
Digər xəbərlər