12 C
Baku
Friday, March 29, 2024

Azərbaycan 2024-cü ilə qədər qaz hasilatı hədəfi – 35% artıracaq

2024-cü ilədək Azərbaycanda qaz hasilatı 47 mlrd. 436,4 mln. kubmetrədək artacaq.

Hökumətin yenilənmiş proqnozlarına görə, 2019-cu ilin yekunları üzrə ölkədə 35 mlrd. 183 mln. kubmetr qaz (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 16,8% – İF) hasil ediləcək.

Proqnozlara görə, Azərbaycan 2020-2023-cü illərdə qaz hasilatını fəal şəkildə artıracaq.

2020-ci ildə qaz hasilatı 37 mlrd. 820,3 mln. kubmetr (2019-cu illə müqayisədə artım 7,5% – İF), 2021-ci ildə 42 mlrd. 833 mln. kubmetr (2020-ci illə müqayisədə artım 13,2%), 2022-ci ildə 45 mlrd. 579,6 mln. kubmetr (artım 6,4%), 2023-cü ildə 47 mlrd. 436,4 mln. kubmetr (artım 4,1%) səviyyəsində gözlənilir.

Beləliklə, 2023-cü ildə ölkədə qaz hasilatı 2019-cu ilin göstəricisi ilə müqayisədə 34,8% artacaq.

2018-ci ilin yekunları üzrə Azərbaycanda 30 mlrd. 134,8 mln. kubmetr qaz hasil edilib.

İnterfaks

Son xəbərlər
Digər xəbərlər