12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.

Bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.

II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq.

Toplantıda, həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4 -11-də Rusiyanın Kazan şəhərində keçirilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər