10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan 2030-cu il üçün bütün borclardan azad olacaq

Ölkənin rezervləri borclarından üstündür.

Azərbaycanın borc öhdəçiliklərinin xüsusiyyəti müqayisədə çox olmamasıdır. Xarici borclar ölkə DDM-nin yalnız 8,2%-dir.

Bu haqda məlumatı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov verib.

Onun sözlərinə görə, bu məsələdə neqativ tendensiya son illərdə borc öhdəliklərinin yüksəlmə tempinin artmasıdır:

“Son illərdə dövlət borcu orta hesabla  20% artır”.

Bununla yanaşı, mövcud şərtlərdə, ölkənin maliyyə imkanlarını nəzərə alsaq dövlət borclarının yaranma səbəblərini açıqlamaq çətindir, deyə ekspert bildirib.

“Tamamilə aydındır ki, bütün ölkələrin borcu var, hətta ən zəngin ölkələrin belə. Azərbaycanın rezervlərinin  borclarından qat-qat üstün olma faktını müsbət qiymətləndirmək lazımdır. Azərbaycan özü faizsiz kredit verir və iri layihələri maliyyələşdirir”.

Ekspert qeyd edir ki, borcların strukturunu nəzərə alarsaq, onların qaytarılmasına uzun müddət sərf ediləcək.

“Amma istək olarsa Azərbaycan dövlət büdcəsinə zərbə vurmadan borcları 3 il müddətinə qaytara bilər. Cari borcların strukturu nəzərə alınsa, onların tamamən qaytarılması üçün Azərbaycana təxminən 15 il vaxt lazımdır” – deyə, V.Bayramov sözünü yekunlaşdırıb.

Xatırladaq ki, bu günlərdə Azərbaycan Maliyyə Nazirliyinin 2014-cü ilin əvvəli üçün olan borcu DDM 8,2%-dən artıq deyil.

İdarənin məlumatına görə, xarici borc nominal olaraq 4753,2 milyon manat kimi dəyərləndirilir və ölkə digər dünya ölkələrindən əlverişli mövqedədir.

Maliyyə idarəsinin məlumatına görə, dövlət tərəfindən cəlb edilmiş kreditlər 10 il (8,1% ümumi cəlb edilmiş), 10-20 il (43,6%) və 20 ildən artıq (48,3%) müddətə idi.

Bununla yanaşı, borcun 11,7%-i SDR, 47,1%-i ABŞ dolları, 28,8%-i avro, 9,5%-i iyen, 2,9%-i isə digər valyutalarda cəlb edilib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər