2020-ci ilin 4 ayında Azərbaycandan 12,4 mln. dollar məbləğində 123,7 min ton metanol (metil spirti) ixrac edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında isə məbləği 9,4 mln. dollar məbləğində 93,7 min ton metanol ixrac edilib. Beləliklə, metanol ixracı məbləğ və miqdar ifadəsində də 32% artıb.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.