2020-ci ildə Azərbaycana 5 milyon 597 min ABŞ dolları dəyərində (9,515 mln. manat) 1 789 ton dezinfeksiyaedici vasitələr idxal edilib.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, dezinfeksiyaedici vasitələrin həcmi 62.2%, dəyəri isə 57.1% artıb.
Belə ki, ötən il ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Türkiyə, Böyük Britaniyada və Almaniyadan idxal olunub.
Bu dövrdə, Türkiyədən ölkəyə 2 milyon 647 min dollarlıq, Böyük Britaniyadan 1 milyon 93 min dollarlıq, Almaniyadan isə 497 min dollar dəyərində dezinfeksiyaedici vasitələr gətirilib.