22 C
Baku
Friday, April 19, 2024

Azərbaycan 5 ölkədə şərab və ticarət evi açır

Azərbaycan 2018-ci ilin sonunadək bir sıra ölkələrdə ticarət və şərab evləri açacaq. Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov məlumat verib.

“Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada ticarət və şərab evləri açılacaq”, – deyə o, bu gün bildirib.

Nazir müavininin sözlərinə görə, hazırda Belarus, Ukrayna və Latviyada Azərbaycan ticarət evləri fəaliyyət göstərir.

“Belə ticarət evlərinin açılması Azərbaycanın qeyri-neft ixracının həcminin artmasına kömək edir. Cari ilin 7 ayının yekunları üzrə qeyri-neft məhsullarının ixrac həcmi 14% artıb”, – deyə R.Məmmədov əlavə edib.

© İnterfaks Azərbaycan

Son xəbərlər
Digər xəbərlər