Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 278 milyon manat dəyərində məhsul istehsal edilib.
Banker.az xəbər verir ki, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 61,2 faiz artım müşahidə olunub. İstehsal olunmuş ayaqqabılar 690 min ədəd olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artım deməkdir.
Qeyd edək ki, anbarlarda 01.08.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 373 min ədəd təşkil edir.