2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan ABŞ-ın Nyu-Cersi ştatından idxalı bərpa edib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, ABŞ-ın Nyu-Cersi ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Belə ki, qeyd olunan ərazidə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə ABŞ-ın Nyu-Cersi ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Xatırladaq ki, quş qripi ilə əlaqədar ABŞ-ın sözügedən ştatından idxala müvəqqəti məhdudiyyət tətbiq olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər