9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Aİ-92 benzini Türkiyəyə Tarif Şurasının qiymətləri ilə satıb

Azərbaycan cari ilin I rübü ərzində benzin istehsalını artırmaqla ondan bir hissəsini hətta qardaş Türkiyəyə də ixrac edib.

Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart ayları ərzində 349.50 min ton həcmində Aİ-92 markalı avtomobil benzini istehsal edib və bu illik müqayisədə 6.2% artımdır.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Neft Emalı Zavodunun fəaliyyətinə təmir işlərini əsas gətirməklə pauza vermişdi və ötən il özü idxalı həyata keçirmişdi.

Cari ildə istehsal edilmiş 92 oktanlı avtomobil benzinin 16.4 min tonun Türkiyəyə ixrac edib. İxrac edilmiş bu benzinin dəyəri $11.40 mln. ABŞ dolları təşkil edib.

Beləliklə, Aİ-92 benzinin hər tonun ortalama Türkiyəyə $695.4-ə və ya rəsmi məzənnə ilə 1 182.1 manata ixrac edib. Bu da Azərbaycanın Tarif Şurasının bazar üçün stabil müəyyən etdiyi qiymətlərə bərabərdir.

Bu markada benzinin bir litri 1 333 litr olduğunu nəzərə alsaq, ixrac edilmiş benzinin hər litr üzrə topdansatış qiyməti $0.52 və ya rəsmi məzənnə ilə konvertasiya etsək 0.88 Azərbaycan manatı təşkil edir.

Tarif  Şurasının 4 yanvar 2021-ci il tarixli qərarına əsasən, Azərbaycanda Aİ-92 avtomobil benzininin topdan satış tarifi hər ton üçün 1 183.8 manat, pərakəndə satışı üçün isə 1 310 manat müəyyən edilib. Pərakəndə hər litrin qiyməti 1 manat təşkil edir. Benzinin hər tonu şirkət daxili 695.75 manat, üstünə 42% aksiz vergi cəlbi – 292.22 və əlavə olaraq 18% əlavə dəyər vergisi hesablanır.

 

Son xəbərlər
Digər xəbərlər