14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan “Ai-92” benzinini ehtiyac yaranarsa idxal edə bilər

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

“İllik əsaslı təmir işləri Neft Emalı zavodu ilə yanaşı, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay, Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər. Lakin işlərin gedişatından asılı olaraq müddət dəyişə bilər”,- deyə vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq:

“Aİ-92″markalı benzin idxalı ilə bağlı iyun ayında saziş imzalanması nəzərdə tutulur. İdxal üçün ən əlverişli bazar Rusiyadır. Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kiyafət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə “Ai-92″ markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək”.

Son xəbərlər
Digər xəbərlər