7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır

“Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmağı iddia etmir, biz “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı”nın Ukrayna, Gürcüstan kimi iştirakçı ölkələri Aİ üzvü olmağı hədəfləyir, Azərbaycan isə inteqrasiya olunmaqda maraqlıdır.

“Biz Aİ ilə ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığa istiqmətlənmişik”, – F.Şəfiyev bildirib.

 

Son xəbərlər
Digər xəbərlər