1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan ATƏT-in gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək

Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada bu iddia edilən “ehtiyacların qiymətləndirilməsi”nin əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərilməsinə üstünlük vermək əks effekt verəcək.

Bu, Azərbaycanın ATƏT-dəki Nümayəndəliyinin adından ATƏT Daimi Şurasında təşkilatın 2023-cü illə bağlı büdcə müzakirələri zamanı yayılmış bəyanatda deyilir.

“Maraqlıdır ki, belə bir tək tərəfli səfər oktyabrın 6-da Praqada keçirilmiş və Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədikləri yüksək səviyyəli sonuncu görüşdən sonra elan edilib.

Azərbaycan əlavə etimad quruculuğu tədbiri kimi Aİ-nin mülki missiyasının Ermənistan və Azərbaycan sərhədi boyunca Ermənistan ərazisinə keçməsinə etiraz etməyib. İndi müşahidə etdiyimiz Praqada əldə olunan razılaşmalardan kənara çıxmaqdır. Beləliklə, tərəflərin normallaşma prosesində növbəti mühüm addımlarla irəlilədiyi bu kritik məqamda, bu həssas prosesə zərər verməmək və ya təhlükəyə atmamaq üçün son dərəcə ehtiyatlı olmaq əvəzinə belə addım atılır ki, bu birtərəfli addım məhz bunu edəcək. Beləliklə, bu hərəkət ATƏT-in regionda vicdanlı bir vasitəçi kimi rolunu daha da məhdudlaşdıracaq və ikili standartları və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının möhkəmləndirilməsi istisna olmaqla, heç bir nəticə verməyən təcrübəyə malik olan ATƏT-in Minsk Qrupu həmsədrləri və digər ATƏT strukturları tərəfindən artıq ciddi şəkildə zədələnmiş bu təşkilata inamı daha da azaldacaq.

ATƏT bütün 57 iştirakçı dövlətin ümumi aktividir. Biz ATƏT-in sənədlərinin və qərarlarının açıq-aşkar pozulmasına və etinasızlığına dözməyəcəyik və bu təşkilat daxilində qalan əməkdaşlıq ruhunu pozmaq cəhdlərinə qarşı çıxacağıq. Bu birtərəfli hərəkət 2023-cü il üçün Birləşmiş Büdcə Təklifi layihəsində təqdim olunan bu məqsədlərə nail olunmasını dəstəkləyən belə proqramlar barədə suallar doğurur. Mövcud vəziyyət düzələnə və ATƏT-in sənədlərinə və qərarlarına uyğunluq bərpa olunana qədər Azərbaycan Nümayəndəliyi Post Cədvəlləri və tələb olunan resurs xərcləri də daxil olmaqla gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək. Azərbaycan Nümayəndəliyi lazım bildiyi zaman bu məsələyə qayıtmaq hüququnu özündə saxlayır”, – bəyanatda deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər