26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycan Avropa İttifaqının neftə tələbatının 5%-ni ödəyir

Ötən illər ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlarda artım müşahidə edilib.

Bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsindən də danışıb: “Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib. Bu ilin 4 ayında dövriyyənin həcmində ötən ilin dörd ayı ilə müqayisədə 15% artım qeydə alınıb. Aİ-nin neftə olan tələbatının 5%-ni Azərbaycan ödəyir. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub”,- nazir müavini qeyd edib.

Onun sözlərinə görə, son 5 ildə Aİ-nin Azərbaycana yatırdığı sərmayələrin həcmi 15,3 mlrd. dollar olub. Nazir müavini əlavə edib ki, 1992-ci ildən bəri Aİ Azərbaycanda texniki dəstək layihələrinə 600 mln. avroluq dəstək verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər