2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana cəmi 11695 ədəd avtomobil idxal edilib. Ötən ilin müvafiq dövründə isə idxal edilən avtomobillərin sayı isə 5310 ədəd olub. Belə ki, bu il idxal olunan avtomobillərin sayı 2,2 dəfə artıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinad edərək xəbər verir.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 53 ədəd olub ki, bu da ötən ilin eyni dövrüylə müqayisədə 2,3 dəfə çoxdur. Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 5829 ədəd və ya 2,2 dəfə artaraq 10614 ədəd olub.
Yanvar-aprel aylarında Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri ötən ilin analoji dövrüylə müqayisədə 497 ədəd və ya 2 dəfə artaraq 974 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri isə 29 ədəd və ya 2,2 dəfə artaraq 54 ədəd olub.