22 C
Baku
Friday, April 19, 2024

Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 9 588 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin  xəbər verir ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 105 ədəd  və ya 2,75 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər