Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu özəlləşdirilib.
Banker.az bu barədə Fed.az-a istinadən xəbər verir ki, zavoddan bildirilib. Məlumata görə, zavodun yeni sahibi «Cahan Holdinq» Kommersiya Şirkətləri İttifaqıdır.
Qeyd edək ki, təqribən iki ay əvvəl “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti zavodun fəaliyyətini bərpa etməsi və genişləndirməsi üçün Çin Xalq Respublikasında işgüzar səfərdə olub və burada müxtəlif şirkətlərlə görüşlər keçirilib. Danışıqlar Çinin Lifan İndustrial Group, FAW İndustrial Group və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb.
Danışıqların nəticəsi olaraq zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalı üçün ilkin mərhələdə istehsal xəttinin qurulması və nəzarət işləri xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə qurulub. İndiyədək burada Çinin «Lifan» avtomobillərinin brendi ilə minik və kiçik yük avtomobilləri yığılırdı.