Azərbaycan 2021-ci ildə idxal etdiyi qabığı təmizlənmiş badamın idxalını kəskin azaldıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində 134.05 ton həcmində qabığı təmizlənmiş badam idxal edib ki, bunun da idxal dəyəri 725.91 min ABŞ dolları olmuşdur.
Bu da öncəki illə müqayisədə 42% azalma deməkdir.
Azərbaycan badamın 111.9 tonunu ABŞ-dan (592.65 min dolar) idxal edib.
Bildirək ki, 2020-ci ildə Respublika üzrə 1 464 ton həcmində badam yığılıb, bu da illik müqayisədə 60% artım deməkdir.
Hesabat ilində 120.27 ton həcmində qabıqlı püstə idxal edib bu da 791.99 min dolları əhatə edir. Püstə idxalı illik müqayisədə 2.2 dəfədən çox artmışdır.
İdxal edilmiş püstənin 105.8 tonunu (690.64 min dollar) İran İslam Respublikasındandır.