14 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycan bank sektorunun illik zərəri son bir ayda 31% artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan bank sektorunun xalis zərəri 1 271,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ayın sonu ilə müqayisədə 31,2% artım deməkdir. Lakin oktyabrın 1-nə nisbətən bu, 17,8% azdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbərə görə, vergilər ödənilənədək zərər isə 31,6% artaraq 947,9 mln. manatdan 1 247,6 mln. manata çatıb.

Bankların faiz gəlirləri aylıq 10,6% artaraq 1 825,4 mln. manata yüksəlib. Bunun 1 575,1 mln. manatını kreditlər üzrə faizlər təşkil edib. Faiz xərcləri də aylıq müqayisədə 8,3% artaraq 991,6 mln. manata çatıb və bunun 425,5 mln. manatı depozitlər üzrə faiz xərcləri olub. Beləliklə, xalis faiz gəliri 13,3% artaraq 833,8 mln. manat təşkil edib.

Qeyri-faiz zərəri 2 dəfə artaraq 346,4 mln. manata yüksəlib, qeyri-faiz xərcləri isə 11% artaraq 834,8 mln. manata çatıb.

Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar da aylıq 18,3% artaraq 913,6 mln. manat təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər