Mərkəzi Bankın 21 fevral 2015-ci tarixində manatın kəskin devalvasiyası haqqında verdiyi qərardan sonra yaranan bir neçə amillər bank sisteminə də ciddi təsirlər göstərməyə başladı. Baş verən dəyişiklik təbii ki, əhali ilə yanaşı təbii ki, bank sistemində bəzi problemlərin yaranmasında özünü biruzə verdi.
Ekspertlər də qeyd edirlər ki, əgər dollarla götürülən kreditlərin faiz dərəcələri aşağı enməzsə, əhali kredit ödənişlərini etməkdə çətinlik çəkəcəklər. Təbii ki, bu devalvasiyanın əhaliyə çox pis təsiri oldu. Bir neçə ay normal ödənişini edən əhali, yuxudan oyanıb öyrənir ki, ödənişi və ümumi borcu artıb. Aydın məsələdir ki, daha sonrakı mərhələdə isə bu hal vaxtı keçmiş kreditlərin artım tempi sürətlənəcək.
Düzdür, devalvasiya nəticəsində dolların qiymətdə artıması bankların kredit portfellərinin artmasına təsir edib. Qeyd edək ki, Mərkəzi Bankın son rəsmi hesabatına görə, hazırda bankların əhalidə qalan pullarının təxminən 13.5 milyardı yerli valyutada, 5 milyardı isə xarici valyutadadır. Bu isə, dolların qalxması nəticəsində kredit portfelinin böyüməsinə gətirib çıxarmışdır. Hazırda bankların kredit portfelinin həcmi təxminən 20 milyard manata yaxınlaşır.
Lakin bütün bunlarla yanaşı bankların illərdir əhalinin gözündə yaratdıqları inam azalacaq. Statistikaya nəzər salsaq, artıq bəzi kütlənin banklardan əmanətlərini geri çəkdiklərini aydın şəkildə görə bilərik.
Aydın məsələdir ki, istehlak kreditləri bankların əsas mənfəət mənbəyidir. Manatın ucuzlaşmasından sonra isə kütləvi şəkildə istehlak kreditləri verən banklar, artıq kreditləşməni dayandırıb.
Hətta ekspertlər də məsələ ilə bağlı bildirirlər ki, faktiki olaraq ölkənin bank sektoru təhlükə altındadır. Artıq vəziyyət o həddə qədər pisləşib ki, bir neçə bank bağlanmaq təhlükəsi ilə üzləşib. Əmanətlər kütləvi şəkildə geri çəkilir. Nəzərə almaq lazımdır ki, banklar əhaliyə faizləri saymasaq, 3,5 milyard dollar qaytarmalıdır. Sizcə, əmanətçi razı olarmı ki, onun dollarla yatırdığı əmanəti bank yeni məzənnə ilə yox, köhnə məzənnə ilə qaytarsın? Axı, oxşar vəziyyətlə banklar da üzləşib. Sabah banklar köhnə məzənnə ilə kreditləri qəbul etməyə vadar edilsə, zərəri ödəmək üçün banklar kapitalına müraciət etməli olacaq. Kapitalın azaldılması baş verəcək ki, bununla da həm Mərkəzi bankın normativlərini pozacaq, həm də xarici banklar qarşısında götürdükləri öhdəlikləri pozmuş olacaqlar. Bir sözlə, bank sistemi çöksə, bu, heç də təkcə 6 milyondan çox əmanətçinin probleminə çevrilməyəcək.
Hazırda Mərkəzi Bankın son statistikası ölkədə 45 bankdan 5 bankın zərərlə işlədiyini göstərir. Lakin cəmi bir gün ərzində əhalinin borcunun böyük bir məbləğdə artması ilə bağlı mərhəmətli bir qərarın çıxmaması, bankların əhalinin gözündə yaraddıqları etibar hissinin yox olması deməkdir. Banklardan cəmi 1 ay ərzində 67 mln manat əmanətlərin geri çəkilməsi isə təbii ki, təsadüfi deyil. Əhalisində etibar hissi yaratmayan bank sisteminin isə sonu heç də parlaq deyil.