26 yanvar 2015-ci il tarixdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilmişdir.
Bu lisenziyaya əsasən, Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC, milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, habelə öz adından və öz hesabına kreditlər vermək, müştərilərin tapşırığı ilə pul köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata kecirmək hüququna malikdir.
Beləliklə, yuxarıda göstərilən məlumata əsasən, 1 fevral tarixindən etibarən, ”Caspian Development Bank (CDB)” ASC tərəfindən bank üçün korporativ stil (loqo və korporativ dizayn) yaradılması mövzusunda müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları və qeyri rezidentlər iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən, qalib elan edilən iştirakçı bank tərəfindən 1000 AZN dəyərində mükafatlandırılacaqdır. Qeyd edək ki, müsabiqə iştirakçıları təkliflərini 29 fevral tarixinədək [email protected] elektron ünvanına göndərməlidirlər. Müsabiqənin nəticələri 7 mart tarixində kütləvi informasiya vasitələrində açıqlanacaq və “Caspian Development Bank” ASC-nin təsvirinə uyğun olan korporativ stilin müəllifi qalib elan ediləcəkdir.
Beləliklə, hörmətli xanımlar və cənablar, böyük məmnuniyyətlə sizin təkliflərinizi gözləyirik, ətraflı məlumat üçün: (+99412) 497 30 34-ə zəng etməyiniz xahiş olunur.
Milli.az