22 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan bankı Forex bazarına daxil oldu

1 May tarixindən etibarən “Bank Nikoil”in məhsul siyahısına daha yenisi əlavə olunub – “Nikoil | Forex”.

Banker.az Bankdan verilən məlumata istinadən xəbər verir ki, “Nikoil | Forex”, bankın elektron sistemi olan “Nikoil | Trader”in köməyi ilə beynəlxalq maliyyə bazarına çıxış və eyni zamanda ticarət əməliyyatları aparmağa imkan yaradır.

“Nikoil | Trader” proqram təminatı “MetaQuotes Software” Korporasiyasının “MetaTrader4” sistemi əsasında hazırlanıb. Bu şirkət sadə interfeys və güclü texnoloji həlləri ilə digərlərindən fərqlənir.

Məhsul, valyuta risklərinin sığortalanması üçün eyni zamanda həm qısamüddətli spekulyativ əməliyyatlar, həm də uzunmüddətli əməliyyatlar həyata keçirən investorlar üçün nəzərdə tutulub.

Beynəlxalq maliyyə bazarına investisiya qoyuluşu etmək istəyənlər, Üzeyir Hacıbəyov küçəsi 27, Bakı, AZ1000 ünvanında yerləşən, Bankın Broker xidmətləri üzrə bölməsinə müraciət edə bilərlər.

Tezliklə, “Nikoil | Forex” təkcə Bakıda deyil, Respublikanın regionlarında da yerləşən Bankın 21 satış nöqtələrində fəaliyyət göstərəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər