Hazırda ölkə bankları içərisində avro ilə əmanət təklif edən bankların sayı kifayət qədər azdır.
Banker.az məlumat verir ki, bu valyuta Azərbaycan bankları tərəfindən qeyri-stabil qiymətləndirilir. Bir çox bankların depozit üzrə təklif etdikləri faizləri artırmasına baxmayaraq, bu artım avro ilə yerləşdirilən əmanətləri faizlərə əks təsirini göstərib.
Həmçinin ölkə banklarının xarici investorlar qarşısında öhdəlikləri digər valyutalar ilə olduğundan, yəni avro ilə daha az olduğundan banklar avro ilə daha aşağı faizlərlə əmanətlər təklif edirlər. Buna görə də banklar avro ilə verilən əmanətlərə daha az maraq göstərirlər.