3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bankları beynəlxalq ödəniş sistemləri üzrə mövcud interçeync xidmət haqlarını bərabərləşdirə bilər

Azərbaycan bankları beynəlxalq ödəniş sistemləri üzrə mövcud interçeync xidmət haqlarını bərabərləşdirə bilər.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin məlumatında bildirilir.

Məlumata görə, qurumun nəzdindəki “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclasda ödəniş kartları ilə aparılan əməliyyatlarda interçeync xidmət haqlarının tənzimlənməsi, bu istiqamətdə atılacaq addımlar müzakirə edilib. Müzakirələrdə beynəlxalq ödəniş sistemləri üzrə mövcud interçeync xidmət haqlarının bərabərləşdirilməsi, habelə ekosistemdə mövcud inkişaf tendensiyasının qorunub saxlanılması və tariflərin razılaşdırılması üzrə birgə fəaliyyətin effektiv təşkili məqsədilə beynəlxalq ödəniş sistemləri tərəfindən mövcud interçeync xidmət haqlarından yuxarı tarif dərəcələri ilə məhsul və xidmətlərin təqdim edilməsi məsələsi və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər