12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan bankları bu ildən broker xidmətləri göstərəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən yerli bankları da broker (vasitəçi) xidmətlərinə cəlb etmək niyyətindədir.

Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Düşünürük ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq, çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxımından planlarımız var ki, kapital bazarı effektiv işləsin. Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər