Azərbaycan bankları yeni iqtisadi şəraiti nəzərə almaqla inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması və dünyada çətin iqtisadi vəziyyət Azərbaycan iqtisadiyyatına da təsir edir, buna görə də banklar öz inkişaf strategiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətindədirlər.
Z. Nuriyev qeyd edib ki, yeni strateji planlaşdırmada əsas diqqət daha məsuliyyətli kreditləşməyə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, korporativ sektora və s. məsələlərə ayrılacaq.