9 C
Baku
Thursday, December 25, 2025

Azərbaycan bankları nağd dollar satışında limiti ləğv edib

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb. Məlumata görə, söhbət “Bank Respublika” və “Azər-Türk Bank” ASC-lərdən gedir.

Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

“Atabank”dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın “Qaynar xətti” ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, “Azərbaycan Sənaye Bankı”nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Report

Son xəbərlər
Digər xəbərlər