2025-ci ilin dekabr ayına Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 1 milyard 970 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2024-cü ildə bankların qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 716 min manat olub ki, bu da illik müqayisədə 15% artımdır.
Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 444.5 milyon manat təşkil edib. 2024-cü ilin dekabr ayında isə bu göstərici 404.5 milyon manat olub. (10% artım)







