6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar

2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.

Bu barədə hökumətdəki mənbə bildirib.

“Əgər o vaxta qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin xüsüsi çəkisi təxminən 80% idisə, hazırda 61.5%-ə düşüb. Belə ki, 2.6 milyard manatlıq ipoteka portfelinin 1 milyard manatlıq hissəsi və yaxud 38.5%-i bankların daxili imkanlarının hesabınadır”, – deyə o, qeyd edib.

Bankların öz vəsaitləri hesabına biznes kreditləşməsindəki payı isə 88%-dir.

“Son vaxtlar dövlət xətti ilə verilən biznes kreditlərinin məbləğində əhəmiyyətli artım müşahidə edilmir. Bu da onunla bağlıdır ki, ayrılan vəsait amortizasiya olan vəsaitlə eynidir”, – deyıə mənbə əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər