Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə görüş keçirəcək.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, İdarə Heyətinin sədri Rəhman Hacıyevin, ABA-nın prezidenti Zakir Nuriyevin və ölkədə fəaliyyət göstərən bankların rəhbərlərinin iştirak edəcəkləri gözlənilir.
Tərəflər bankların Qarabağın inkişafına cəlb olunması, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edəcəklər.