2026-cı ilin yanvar ayına Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 140.6 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə bankların qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 166.6 milyon manat olub ki, bu da illik müqayisədə 16% azalmadır.
Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 33.3 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 32.3 milyon manat olub. (3% artım)






