Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining” şirkətinin xalis borcu bu ilin yanvarın 1-nə 18,3 mln. dollar təşkil edib.
Borcun 1 mln. dolları “Kapital Bank” ASC, 2,1 mln. dolları “Azərbaycan Beynəlxalq Bankı” ASC, 3,7 mln. dolları “Paşa Bank” ASC-nin kreditləri üzrədir. Report-un şirkətə istinadən verdiyi xəbərə görə, “Kapital Bank”a borc III rübün yekunu ilə müqayisədə 0,2 mln. dollar, “Paşa Bank”a borc 1,7 mln. dollar, “Azərbaycan Beynəlxalq Bankı”na borc 2,3 mln. dollar azalıb.
Ümumilikdə, 2017-cı ilin sonuna şirkətin borcu aşağıdakı şəkildə olub:
Kreditorlar | Borc (mln. dollar) |
Kapital Bank | 1.0 |
Amsterdam Trade Bank and Gazprombank (Switzerland) | 7.4 |
International Bank of Azerbaijan | 2.1 |
Atlas Copco equipment finance loan YapiKredit Pasha BankReza Vaziri – director’s loan |
0.3 2.2 3.73.9 |
Total loans | 20.6 |
Cash on hand and at bank | (2.3) |
Net debt | 18.3 |
Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA – Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.