-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan banklarına yenidən işçi axını başlayıb

Azərbaycan banklarının filiallarının sayı ilin əvvəlindən 9 ədəd azalaraq bu il iyulun 1-nə 560 ədəd təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən məlumata görə, bunun əvəzində bank sektorunda şöbələrin sayı 10 ədəd artaraq 141-ə çatıb. İyunun 1-i müqayisədə isə filialların və şöbələrin sayı dəyişməyib.

6 ay ərzində banklara məxsus bankomatların sayı da 42 ədəd artaraq 2 503 olub. Aylıq müqayisədə isə bankomatların sayında 27 ədəd artım qeydə alınıb.

İlin əvvəli ilə müqayisədə bank işçilərinin sayı 852 nəfər azalaraq 16 095 nəfər təşkil edib. Aylıq müqayisədə isə işçilərin sayında 61 nəfər artım baş verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər