16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan banklarında “Black Friday” endirimləri – SİYAHI

Ənənəvi olaraq ildə bir dəfə keçirilən və noyabr ayının son cümə gününə təsadüf edən “Black Friday” günü bir çox şirkətlər, mağazalar, banklar yüksək endirimlər və kampaniyalar təklif edirlər.

Banker.az-ın bu dəfəki araşdırması ”Black Friday” günü hansı banklarda endirimlərin, kampaniyaların olması ilə bağlıdır.

Aşağıda banklar tərəfindən təklif olunan xüsusi endirimlərlə tanış ola bilərsiz.

ABB

Noyabrın 30-dək davam edəcək kampaniya zamanı müştərilərə TamKart debet Visa Classic, Mastercard Standard kartları, Azercell co-brand debet kartları, ABB Miles, ABB Miles Premium debet və kredit kartları güzəştli şərtlərlə təqdim olunur. Belə ki, TamKart debet Visa Classic, Mastercard Standard kartlarını kampaniya müddətində cəmi 5 manata əldə etmək olar. Yeni alınmış bütün Azercell co-brand debet kartlarında müştərilərə 7GB internet (600 bonus) hədiyyə verilir. 30 noyabr tarixinə qədər ABB Miles və ABB Miles Premium kartlarına da endirim tətbiq olunacaq. Belə ki, müştərilər ABB Miles kartını 20 AZN-ə, ABB Miles Premium kartını isə 120 AZN-ə əldə edə bilərlər.

TamKart debet və kredit kartları ilə onlayn alış-verişlərdə 100 manat və daha çox məbləğdə əməliyyatlardan əlavə 10 AZN keşbək qazana bilərsiniz. Eyni kartla maksimum 5 əməliyyat – 50 AZN keşbək qazanmaq imkanı var. Kampaniyada ilk 1000 kart iştirak edəcək.

77


BANK OF BAKU

Sadəcə 2 GÜN – 26 və 27 noyabr tarixlərində Bank of Baku da Black Friday ENDİRİMLƏRİ olacaq. Endirim günlərində müştərilər 30.000 AZN-dək Nağd Pul Kreditini,

-KOMİSSİYAYA 80% ENDİRİM,

-İllik faiz dərəcəsinə 2% ENDİRİMLƏ əldə edəcəklər.       

Kampaniyadan faydalanan şəxslər krediti NÖVBƏSİZ, ZAMİNSİZ və cəmi 30 dəqiqə ərzində əldə edə biləcəklər. Kreditin illik faiz dərəcəsi isə min.14% təşkil edir.

BB


TURANBANK

TuranBank kartları ilə Trendyol onlayn ticarət platformasından alış-veriş etmək indi daha sərfəli olacaq. Belə ki, 22-30 noyabr tarixləri aralığında TuranBank kartları ilə Trendyol-dan edilmiş hər alış-veriş sizə kəşbək qazandıracaq. Kampaniya bütün növ kart (debet, kredit, depozit, Black edition) ödənişlərinə şamil olunur. Kampaniyanın şərtlərinə əsasən TuranBank kartları ilə həyata keçirilən ödənişlər zamanı ödənilən vəsaitin 5% hissəsi kart sahibinin hesabına geri qaytarılacaq. Kampaniya haqqında daha ətraflı https://bit.ly/3HyICfR keçidinə daxil olaraq tanış ola bilərsiniz.

tr


PAŞA BANK

“PAŞA Bank” endirim həftəsi çərçivəsində kiçik və orta biznes sahiblərinə 250 000 AZN-dək onlayn biznes kreditlərinə edilmiş endirimlərdən yararlanmağı təklif edir. 30 noyabr 2021-ci il tarixinədək davam edəcək endirim həftəsində onlayn biznes kreditlərinə müraciət edən sahibkarlar üçün birdəfəlik komissiya xərclərinə 25% endirim tətbiq olunacaq.

Endirimdən mövcud müştərilər, eyni zamanda bankda hesabı olmayan kiçik və orta sahibkarlar faydalana bilərlər. Bundan əlavə “PAŞA Bank” müştərisi olmayan biznes sahiblərinin kredit üzrə qərar əldə etmək üçün hesab açmasına ehtiyac yoxdur.

Qeyd edək ki, biznes kreditini banka gəlmədən, onlayn müraciət edərək girovsuz və növbə gözləmədən əldə etmək mümkündür. Kredit üzrə qərar hesab açmadan və qəliz maliyyə hesabatları tələb olunmadan cəmi 1 iş günü ərzində bildirilir. Kredit, müştəri bankın təklifini qəbul etdiyi gün müştərinin hesabına köçürülür. Endirim ticarət krediti və SIF kreditləri istisna olmaqla bütün kredit və kredit xətti növlərinə aiddir. Biznes kreditləri haqda ətraflı məlumat əldə etmək və müraciət üçün: https://bit.ly/3xcPnPv

155


UNİBANK

Unibank, müştəriləri üçün 25-28 noyabr tarixində “Narıncı cümə” kampaniyasını keçirir. Kampaniya şərtlərinə əsasən Trendyol.com saytında alış-veriş zamanı Unibank kartları ilə edilən ödənişlər müştərilərə 5% keşbek, Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay FAİZSİZ, hissə-hissə ödəmək imkanı təqdim olunacaq.

Albalı kredit kartı ilə ödəniş (30 AZN- 500 AZN aralığında) edən zaman müştərilərə SMS vasitəsi ilə ödənişi 3 aya bölmək haqqında təklif göndəriləcək. Müştəri qeyd olunan qaydada cavab SMS-ni göndərərək, ödənişini 3 aya bölə biləcək. Hər bir müştəri ay ərzində maksimum 50 AZN dəyərində keşbek (bu kampaniyadan qazanılan keşbeklər daxil) qazana bilər.

55


BANK RESPUBLİKA

“Möhtəşəm Cümə” ilə bağlı 2 növ kampaniya mövcüddur:
1)Nağd istehlak kreditinin bütün müddətlərində komissiya haqqı 0% təyin edilir.
2)Kampaniya çərçivəsində NeoKart Premium 50% endirimlə, yəni 40 manata təklif olunacaq.

Bu kampaniya 01.12.2021-ci il tarixinədək davam edəcəkdir.


NAXÇIVANBANK

24 Noyabrdan 30 Noyabradək Premium kart sifariş edənlər kartın dəyərinin 75%-dək endirim və nağdlaşdırma komissiyası üzrə 50% endirim qazanacaqlar. Üstəlik SMS bankinq də hədiyyə!

Mastercard Gold və VİSA Gold kartlarının dəyəri:

1 illik MC/VİSA Gold – 50 AZN –  Endirimli qiymət – 20 AZN

2 illik MC/VİSA Gold – 80 AZN – Endirimli qiymət – 25 AZN 

3 illik MC/VİSA Gold – 100 AZN – Endirimli qiymət – 35 AZN 

Mastercard Platinum və VİSA Platinum kartlarının dəyəri: 

1 illik MC/VİSA Platinum- 60 AZN –  Endirimli qiymət – 20 AZN

2 illik MC/VİSA Platinum – 100 AZN – Endirimli qiymət – 25 AZN 

3 illik MC/VİSA Platinum – 140 AZN – Endirimli qiymət – 35 AZN 

75

RABİTƏBANK

Bank “Qara cümə” trendinə qoşularaq “Green Friday” kampaniyasına başladır. 26-29 noyabr tarixlərində nağd pul krediti götürmək istəyən müştərilər aşağıdakı fürsətlərdən yararlana biləcəklər: Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir sığorta komissiyası ödəmədən əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi isə cəmi 13.5%-dir, üstəlik kredit müddətindən asılı olmayaraq illik faiz dəyişilməz qalacaq. 36 ay müddətinədək təklif edilən nağd pul kreditinin maksimal məbləği 30000 AZN-dir.

13 1


YELO BANK

Yalnız 1 gün, 26 noyabr tarixində Yelo Bank-da nağd pul krediti hər kəsə illik 14% və 0% komissiya ilə təklif olunur.  Üstəlik, kredit üçün zamin tələb olunmur, sığorta və ya hər hansı əlavə xərc də yoxdur. Maksimal kredit məbləği 30 000 manatdır. 

Krediti almaq üçün sizə ən yaxın Yelo Bank filialına yaxınlaşa və ya onlayn sifariş edə bilərsiniz: bit.ly/ylkredit

Əlavə olaraq, qalığa faiz, hər yerdə cashback, komissiyasız nağdlaşdırma kimi imkanlar verən Yelo Light və Premium kartlarını isə həmin gün 50% endirimlə ala bilərsiniz. Hər 2 debet kart öz üstünlükləri ilə ödənişlərinizi rahat və qazanclı edəcək

Black friday press AZE 1


YAPI KREDİ BANK AZƏRBAYCAN

15.11.2021-30.11.2021 tarixlərində “Worldcard” ilə @almastore mağazasından iPad 10.2, Bang & Olufsen səs gücləndiriciləri, həmçinin aksesuarlarını Black Friday endirimi ilə əldə edin.

46

Son xəbərlər
Digər xəbərlər