Azərbaycan banklarından biri “Tax Free” xidmətini işə salıb

AGBank müştəriləri bankın təqdim etdiyi kartlarla ölkə xaricində alış- veriş edən zaman ödədiyi məbləğin bir hissəsi (əlavə dəyər vergisi– ƏDV) geri qaytarılaraq 48 saat ərzində onların kart hesablarına yüklənəcək. Geri qaytarılan məbləğ ölkələrə görə dəyişir. Belə ki, : Böyük Britaniya- qaytarılan ƏDV 20 %, Almaniya- qaytarılan ƏDV 19 %, İspaniya – 21%, Fransa – 20%, İtaliya- qaytarılan ƏDV 22 %.

Bundan əlavə alış -veriş zamanı bank tərəfindən kart istifadəçilərinə bonuslar da veriləcək. Xidmətdən rahat şəkildə yararlanmaq üçün müştərilər banka yaxınlaşmadan xüsusi proqramı öz telefonlarına yükləyə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər