Azərbaycan banklarının filialları, şöbələri və ATM sayında son bir ildə artım qeydə alınb.
Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən xəbər verir ki, iyun ayında ölkədə bank filiallarının sayı 465, şöbələrin say 101, ATM-lərin say isə 2 804 ədəd təşkil edib.
Ötən ildə isə bu rəqəmlər müvafiq olaraq 440, 117 və 2 569 təşkil edirdi. Belə ki, son bir ildə 25 yeni bank filialı, 235 ATM açılıb, 16 bank şöbəsi isə bağlanıb.