15 C
Baku
Monday, May 6, 2024

Azərbaycan banklarının iqtisadiyyata investsiya qoyuluşunda “həvəsi” azalır

Azərbaycanda investisiya qoyuluşunda bankların payı kəskin azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkə iqtisadiyyatına 13 milyard 53.6 milyon manatlıq investisiya yatırılıb, bunun da cəmi təqribən 352 milyon manatı (2021-ci ildə bu 691 mln. manat idi) bank kreditləridir.

Bu da o deməkdir ki, əsas kapitala qoyulan investisiya kreditlərinin cəmi 2.7%-i bank kreditləri təşkil edir. Halbuki, öncəki ildə bu rəqəm 5.9% təşkil edirdi.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48.4 faiz, büdcə vəsaitləri 37.3 faiz, əhalinin şəxsi vəsaitləri 7.8 faiz, bank kreditləri 2.7 faiz, sair vəsaitlər isə 3.8 faiz təşkil etmişdir

Son xəbərlər
 ⁠
Digər xəbərlər