20 C
Baku
Thursday, May 23, 2024

Azərbaycan banklarının konsolidasiya prosesi davam edəcək

Banker.azın verdiyi məlumata görə, bu haqqda Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsndə deyilir.

2016-2020-ci illərdə likvidlik və kapitallaşma problemlərinin həll edilməsi, hüquqi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi 2025-ci ilədək olan dövrdə maliyyə sisteminin inkişafı üzrə yeni hədəfləri müəyyənləşdirməyə şərait yaradacaqdır. Bu dövrdə sağlam banklara, tam funksional maliyyə bazarlarına, Bazel III standartlarına uyğunlaşdırılmış risk idarəetməsinə, daha səmərəli və rəqəmsallaşdırılmış proseslərə və yüksəkkeyfiyyətli işçi heyətə malik olan maliyyə sisteminin qurulması nəzərdə tutulur.

2025-ci ilədək maliyyə xidmətləri sektoru güclü və diversifikasiya olunmuş maliyyə institutlarından təşkil olunacaq, davamlı artım və mənfəətlilik nümayiş etdirəcəkdir. Eyni zamanda, bank sektorunda konsolidasiya prosesinin sürətlənməsi, bankların maliyyə nəticələri arasında fərqlərin azalması müşahidə ediləcəkdir. Nəticədə banklar böyüyəcək, xidmət portfeli diversifikasiya olunacaq və bank olmayan yeni maliyyə institutları yaranacaqdır. Bank olmayan yeni maliyyə institutlarının təqdim edəcəyi əlavə kredit məhsulları istehlak kreditlərinə alternativ çıxış imkanları yaradacaq və sektorda rəqabəti gücləndirəcəkdir. Korporativ müştərilər üçün də yeni kredit növləri təklif ediləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər