1 noyabr tarixində bankların məcmu kapitalı 3 997.7 milyon manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların məcmu kapitalı 764.6 mln manat 23.6% artıb.
İlin əvvəli ilə müqayisədə isə bankların məcmu kapitalı 536.9 mln manat və yaxud 15.5% artıb. Son 1 ay ərzində isə məcmu kapitalı cəmi 2.5%, yəni 98.9 mln manat artıb.