1 fevral 2015 –ci il tarixində Azərbaycan banklarının məcmu kapitalı artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ay ərzində bankların məcmu kapitalı 55.8 mln manat artaraq, 4 325.5 mln manata çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bankların məcmu kapitalı 864.7 mln manat artaraq, 3 460.8 mln manat təşkil edib.