6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan bazarına daxil olan gənc “Finoko BOKT” “Union Kredit”i aldı

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) “Union Kredit” MMC BOKT-u alıb.

Məlumatı “Finoko”nun İdarə Heyətinin sədr müavini Böyükağa Məmmədov verib.

Onun sözlərinə görə, bununla bağlı alqı-satqı bu il sentyabrın 13-də olub. “Finoko” rəsmisi sövdələşmənin dəyərini açıqlamayıb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

“Union Kredit” isə 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 451,8 min manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər