Azərbaycan Belarusdan idxal etdiyi kərə yağının idxal həcmini 2021-ci ildə artırıb.
Banker.az xəbər verir ki, ilin ilk 4 ayı ərzində Belarusdan 627 ton həcmində kərə yağı idxal edilib. İdxalın dəyəri isə 3.24 milyon ABŞ dolları təşkil edib.
İdxalın miqdar baxımından həcmi 24% artdığı halda, dəyər baxımdan 16% artmışdır.
Qeyd edək ki, Azərbaycan 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 282 ton həcmində kərə yağı idxal edilib ki, bu da 25.72 mln. dollarlıq dəyəri əhatə edir.