22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan benzin və dizel istehsalını artırıb

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2023-cü ilin birinci rübünə 1 milyard 70 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31.6 faiz, neft koksunun istehsalı 17.8 faiz, avtomobil benzininin istehsalı 6,2 faiz artımla 349.5 min ton, qazoylların (dizel yanacağının) istehsalı 5.2 faiz artımla 556.5 min ton olub.

Ağ neft istehsalı 2.3 faiz azalma ilə 136.5 min ton, neft bitumu istehsalı 44,9 faiz azalma ilə 39.6 min ton və  mazut istehsalı isə 91 faiz azalma ilə 3.1 min ton olub.

Məhsul növləri 2023-cü ilin yanvar-mart aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.04.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 349,5 106,2 26,0
Ağ neft, min ton 136,5 97,7 32,8
Qazoyllar (dizel yanacağı),

min ton

556,5 105,2 105,2
Mazut, min ton 3,1 9,0 12,4
Sürtkü yağları, min ton 15,4 131,6 7,3
Maye qazlar, min ton 70,8 99,2 2,3
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 276,3 86,0 57,4
ondan:
neft bitumu, min ton 39,6 55,1 15,5
neft koksu, min ton 64,1 117,8 40,9

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər