10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi təhvil verib

Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub.

Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.

Son xəbərlər
Digər xəbərlər