10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Beynəlxalq Bankı “ELkart” taksit kartını təqdim edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) “ELkart” kredit (taksit) kartını istifadəyə verib.

Kartın təqdimat mərasimində çıxış ABB-nin baş direktoru Elmir Həbibullayev deyib ki, “ELkart” sahibləri satış nöqtələrində mal və xidmətlərin dəyərini hissə-hissə ödəmək, kartda olan vəsaiti xüsusi günlərdə nağdlaşdırmaq və ABB-nin yeni məhsulunun malik olduğu bir sıra fərqli imkanlardan istifadə edə biləcəklər.

Baş direktorun sözlərinə görə, taksit kartı “VİSA Classic” və “Mastercard Standart” tipli kartların bazasında hazırlanıb və “VİSA Pay Wave” və “Mastercard Paypass” xidmətləri ilə təmin edilib. Bankın partnyorlar şəbəkəsində quraşdırılmış POS-terminallar da kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb.

Kart öz sahiblərinə bankın geniş partnyorlar şəbəkəsində məhsul və xidmətlərin dəyərini hər növbəti ayın 10-a qədər hissə-hissə ödəmək imkanı verir. “ELkart” respublikadan kənarda fəaliyyət göstərən ticarət müəssisələrində də keçərlidir, bu zaman məbləğ hissələrə bölünmür və müştəriyə güzəşt müddəti verilmir.

“Taksit kartı buraxılanadək artıq 6 min ədədlik sifariş almışdıq. Bundan başqa, yaxın zamanda 30 min kartın buraxılması nəzərdə tutulub. Qısa müddətdə bu rəqəmin 100 minə çatacağına inanıram”, – deyə E. Həbibullayev bildirib.

ABB bu gün “ELkart” layihəsi çərçivəsində Bakı və regionlarda müxtəlif sahələrdə hər növ əhali seqmentinə xidmət göstərən 1000-ə yaxın ticarət müəssisəsi ilə əməkdaşlıq edir. Bu ticarət müəssisələrinin sayı davamlı olaraq artmaqdadır.

“ELkart” taksit kartının rəsmi internet səhifəsi olan “elcard.az” bu gündən etibarən istifadəyə verilib.

Apa.az

Son xəbərlər
Digər xəbərlər